2020-ci ilin 10 ayı ərzində Azərbaycandan 8 milyard 477 milyon 435 min dollar dəyərində 26 milyon 10 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə xam neft ixracı 4 milyard 487 milyon 835 min dollar və ya 34,6%, miqdar ifadəsilə neft ixracı isə 848 min ton və ya 3,2% azalıb. Ötən ilin 10 ayında Azərbaycandan 12 milyard 965 milyon 270 min dollar dəyərində 26 milyon 858 min ton xam neft ixrac edilmişdi.
Dəyər ifadəsilə təbii qaz ixracı isə 161 milyon 935 min dollar artaraq 1 milyard 882 milyon 541 min dollardan 2 milyard 44 milyon 476 min dollara yüksəlib.
2020-ci ilin 10 ayında xam neft və təbii qaz ixracından Azərbaycana cəmi 10 milyard 522 milyon dollar daxil olub.
Dəyər ifadəsilə neft ixracının kəskin azalması neftin ucuzlaşması ilə əlaqədardır.