Azərbaycandan bu ilin yanvar ayında İtaliyaya 179,2 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 110,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 1 milyon 508,5 min ton (9,4 dəfə), dəyərində isə 822,2 milyon dollar (8,4 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvarın da isə Azərbaycan İtaliyaya 932,7 milyon dollar dəyərində 1 milyon 687,7 min ton neft ixrac etmişdi.
Ötən il ərzində İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 1 048 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 109 manat (11,16%) çoxdur.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2025-ci ilin yanvar ayında 3-cü, 2024-cü ilin eyni dövründə 1-ci yerdə olub.