Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında İsveçrəyə cəmi 172,8 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İsveçrəyə ixrac edilmiş neftin dəyəri isə 96,6 milyon dollar olub.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə bu ölkə xam neft ixrac olunan əsas ölkələrin siyahısında yer almayıb.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə İsveçrəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 559 dollar təşkil edib.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İsveçrə 2025-ci ildə 14-cü yerdə qərarlaşıb.










