Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişib.
- Azərbaycanda əhali üçün təbii qazın - QİYMƏTİ ARTIRILDI - YENİ QİYMƏTLƏR
- Obyektlərin su və kanalizasiya sistemlərinə - QOŞULMA QİYMƏTİ DƏYİŞDİRİLDİ - MƏBLƏĞLƏR
- Azərbaycanda əhali üçün təbii qazın - QİYMƏTİ ARTIRILDI - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, Tarif Şurası bununla bağlı qərar imzalayıb.
Qeyd edilib ki, “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir.
Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb.
Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda 2 dəfə artırılaraq aylıq 1 m2 üçün 15 qəpikdən 30 qəpik səviyyəsində təsdiq edilib.
Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Qeyd edək ki, Azərbaycanda sayğac quraşdırılmış obyektlərdə istilik enerjisi üçün ayrıca tarifin tətbiqi hələ 2023-cü ildən başlanıb. Həmin vaxt qeyri-əhali qrupu üzrə üzrə 1 Qkal enerjinin qiyməti 30 manat müəyyən edilib.
İndi isə bu yenilik əhaliyə də tətbiq edilib və 1 Qkal enerjinin qiyməti 14,6 manat müəyyən edilib. Bu qeyri-əhali qrupunan 2 dəfə aşağıdır.
"Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq"-deyə rəsmi açıqlamada bildirilir.