Azərbaycandan bu ilin yanvar-avqust aylarında İrlandiyaya 331 min 558 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrlandiyaya ixrac edilmiş neftin dəyəri isə 174,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 245,5 min ton (3,85 dəfə), dəyərində isə 120 milyon dollar (3,2 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan İrlandiyaya 54,2 milyon dollar dəyərində 86 min 43 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə İrlandiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 894 manat ( 1 barel ≈122 manat) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 178 manat (16,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 072 manata (1 barel ≈ 147 manat) bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İrlandiya 2025-ci ildə 8-ci, 2024-cü ildə isə 21-ci yerdə olub.