Azərbaycandan bu ilin yanvar-avqust aylarında Tailanda 137 min 786 ton neft ixrac edilib.
Məlumata görə, Tailanda ixrac edilmiş neftin dəyəri isə 75,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 239,1 min ton (2,7 dəfə), dəyərində isə 158,3 milyon dollar (3,1 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında Azərbaycan Tailanda 234,2 milyon dollar dəyərində 376 min 876 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Tailanda ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 551 dollar (1 bareli təqribən 75,5 dollar) olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 71 dollar (11,4%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 622 dollara (1 bareli təqribən 85,2 dollar) bərabər olmuşdu.
Qeyd edək ki, Azərbaycanın neft satdığı ölkələrin siyahısında Tailand 2024-cü ildə 10-cu yerdə idi, buil isə 12-ci yerə enib.