Neft şirkətləri ilə yanaşı, İtaliya da Rusiya qazından imtina edəcəyini açıqlayıb. Bu ölkənin ekoloji modernizasiya və transformasiya naziri Roberto Çinqolani bildirib ki, qarşıdakı 24-30 ay ərzində rusiya qazından tamamilə imtina edə biləcək. O bildirib ki, İtaliya Rusiyadan hər il 29 milyard kubmetr qaz alır və bu – ölkənin tələbanının 40%-dən bir qədər artıqdır.
Rusiya üçün həyacın siqnalı: Neft və qazdan imtinalar başlayır
«Bizim vəzifəm iz bu qazı başqa mənbələrlə əvəz etməkdir. Hazırda biz yeni infrastrukturun yaradılması və uzunmüddətli müqavilələr üzərində işləyirik», - deyə Çinqolani italyan televiziyasına müsahibəsində bildirib. Onun sözlərinə görə, təcili tədbirlər hesabına yaxın gələcəkdə qazın 15-16 milyard kubmetrlik hissəsi başqa mənbələrlə əvəz ediləcək».
Qeyd edək ki, İtaliyanın qaz aldığı ölkələrdən biri də Azərbaycandır. Azərbaycan Rusiya və Qətərlə yanaşı İtalıyanın qaz təminatında 3-cü yeri tutur. İtaliyalı nazır "başqa mənbələr" dedikdə Azərbaycan qazını da nəzərdə tutub. Belə ki, elə bu gün İtaliyanın Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan İlham Əliyevə zəng edib.
Söhbət əsnasında Azərbaycan və İtaliya arasında iqtisadi, ticarət və enerji sahələrində səmərəli əməkdaşlığın qurulduğu bildirilib. Enerji sahəsində əməkdaşlıqda Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəmərinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yer tutur. Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.