İtaliyanın anbarlarında qaz ehtiyatlarının səviyyəsi 90%-ə çatıb - bu, hakimiyyətin oktyabrda əldə etməyi planlaşdırdığı rəqəmdir.
Eləcə də bax: İtaliyada avqustda qaz və elektrik enerjisi - 76% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə çərşənbə günü ANSA agentliyi İtaliyanın Ətraf Mühitin Müasirləşdirilməsi və Transformasiyası Nazirliyinə istinadən məlumat yayıb.
"Bu nəticə bizə qarşıdakı həftələrdə 92-93% səviyyəsinə nail olmağa imkan verəcək", - Nazirliyin açıqlamasında deyilir.
Hökumətin məqsədi oktyabrın sonuna qədər ehtiyuatı 90%-ə çatdırmaq idi. İtaliya hakimiyyəti 2024-cü ilin ortalarına qədər Rusiya Federasiyasından qazın əvəzedicisini tapmaq niyyətindədir. Romada İtaliyanın Rusiyanın mavi yanacağından asılılığını artıq demək olar ki, yarıya endirdiklərini deyirlər. Eyni zamanda, müxtəlif ekspertlərin fikrincə, İtaliya qarşıdakı qışdan Rusiya qazı olmadan çıxa bilməz.
Çərşənbə günü İtaliya Enerji Forumunda çıxış edən İtaliyanın enerji şirkəti Eni-nin baş icraçı direktoru Claudio Descalzi İtaliyanın "iki il yarım" sonra Rusiyadan tamamilə müstəqil olacağını bir daha təkrarlayıb və əlavə edib ki, Əlcəzairdən gələn qaz həcmləri böhranın başlanğıcından bəri iki dəfə artıb”. (Marja)