İranın iqtisadiyyat naziri İhsan Handuzi ölkənin neft gəlirlərinin son 5 ayda 5 dəfə artdığını bəyan edib.
FED.az xəbər verir ki, Handuzi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkə iqtisadiyyatının vəziyyəti barədə məlumatlar verib.
“Ötən illə müqayisədə son 5 ayda ölkənin neft gəlirləri 5 dəfə artıb”, - deyə Handuzi bildirib.
Son bir ildə ölkəyə xarici sərmayə qoyuluşlarında ikiqat artım olduğunu qeyd edən Handuzi, ABŞ-ın tətbiq etdiyi sanksiyaların davam etdirilməsi və ya ləğv edilməsini nəzərə alaraq iqtisadi planların hazırlandığını qeyd edib.
Eləcə də bax: SOCAR ilə Qazaxıstanın "QazaqGaz" şirkəti arasında Anlaşma Memorandumu - İMZALANIB
“Mübarək Polad Zavodunda idarəetmə problemi var idi”
Həmçinin Handuzi İranın İsfahan şəhərindəki Mübarək Polad Zavodunda baş verən 3,5 milyard dollarlıq korrupsiya ilə bağlı "Mübarək Polad Zavodunda idarəetmə problemi var idi" deyib.
İran parlamenti sözügedən zavoddakı korrupsiya ilə bağlı 300 səhifəlik hesabat hazırlamışdı.
ABŞ 2015-ci ildə, İran və 5+1 ölkələri arasında 2018-ci ildə imzalanmış nüvə sazişindən çıxdıqdan sonra İrana neft satışını məhdudlaşdırmaq da daxil olmaqla bir sıra iqtisadi sanksiyalar tətbiq edilib.
Nüvə razılaşmasının canlandırılması ilə bağlı bir müddət əvvəl başlayan danışıqların bu günlərdə yekunlaşdığı bildirilsə də, tərəflər arasında bəzi məsələlərin hələ də həll olunmadığı bildirilir.
Tehran administrasiyası tez-tez sanksiyaların ölkə iqtisadiyyatına zərər vermədiyi barədə bəyanatlar verir. (Marja)