2022-ci ilin avqustun 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "QazaqGaz" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Sanzhar Jarkeşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Eləcə də bax: Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin - AKSİZ DƏRƏCƏSİ ARTIRILIB
FED.az xəbər verir ki, söhbət zamanı SOCAR ilə "QazaqGaz" arasında əməkdaşlığın inkişaf perspektivlərinə, nəzərdə tutulan layihələrin icrasını həyata keçirmək məqsədilə işçi qruplarının yaradılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Memorandum, həmçinin tərəflər arasında sıx kommersiya əlaqələrinin inkişaf etdirilməsinə, ikitərəfli investisiya və texnoloji mübadilələrin həcminin artırılmasına xidmət edəcək.