Beynəlxalq investisiya bankı "Goldman Sachs" tərəfindən hazırlanan hesabata görə, qış soyuq keçsə neft qiymətlərində 5 dollarlıq əlavə yüksəliş baş verə bilər.
Eləcə də bax: Avropada qazın qiyməti - 900 Dolları Keçib
FED.az xəbər verir ki, hesabatda, "Qışın soyuq keçməsi gündəlik neft tələbini 900 min artıra bilər, bu vəziyyətdə Brent neft üçün 80 dollar olan 4-cü rüb qiymət proqnozumuzda 5 dollarlıq artım baş verə bilər", - ifadələri istifadə edilib.
"Goldman Sachs", təbii qaz təklifinin azalmasının neft qiymətləri üçün bu qış əhəmiyyətli katalizator ola biləcəyini qeyd edib. Bu vəziyyətdə pandemiyada yeni dalğa ehtimalının yaratdığı aşağı istiqamətli risklərdən daha çox yuxarı istiqamətli riskin görüldüyü vurğulanıb. (Marja)