Britaniyada benzinin qiyməti tarixi maksimumu yeniləyib.
Eləcə də bax: Böyük Britaniyada ərzaq qiymətləri - Rekord Həddə Çatıb
FED.az xəbər verir ki, iyunun 7-də benzinin qiyməti indiyədək ən yüksək həddə 1,785 funt sterlinqə (2,24 dollar və ya 3,8 manat) yüksəlib.
«Sky News» telekanalının məlumatına görə, son bir gündə benzin daha 6 pens (7,5 sent və ya 13 qəpik) bahalaşıb. Yeri gəlmişkən, son günlər İngiltərədə benzinin qiyməti hər gün rekord vurur.
Dizelin də qiyməti rekord həddə qalxaraq 1,852 funt sterlinq və ya 2,31 dollara (3,9 manata) yüksəlib. Halbuki, bir il əvvəl Britaniyada benzin və dizelin qiyməti müvafiq olaraq 1,29 funt sterlinq (2,75 manat) və 1,31 funt sterlinq (2,8 manat) idi.
Qiymət artımının səbəbi bütün dünyada neftin bahzalaşmasıdır. Hökumət qiymət artımını azaltmaq üçün indiyədək tutulan kral vergisini (1 litr üçün 5 pens və ya 6 sent – 10 qəpik) ləğv etsə də, bu bahalaşmanı dayandırmayıb.