2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 192,6 milyon manat ($701,5 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Eləcə də bax: SOCAR avtomobil benzini istehsalını 5% azaldıb, dizel istehsalını - 9% Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 6,2% gəlir əldə edilib.
2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 3% artıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,4 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,55 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir. (İnterfaks)