Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında İrlandiyaya 331 min 558 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrlandiyaya ixrac edilmiş neftin dəyəri isə 174,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 157,3 min ton (90,2%), dəyərində isə 63,8 milyon dollar (57,8%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayında isə Azərbaycan İrlandiyaya 110,4 milyon dollar dəyərində 174 min 284 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə İrlandiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 894 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 183 manat (17,0%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1077 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İrlandiya 2025-ci ildə 9-cu, 2024-cü ildə isə 16-cı yerdə olub.












