Sentyabrda Hindistanın Rusiya neftinin idxalı 18%-dən çox artıb. Rusiya Cənubi Asiya respublikasına neft satışına görə ikinci olub.
Eləcə də bax: Rusiya neftin qiyməti ilə bağlı – Hindistana Xahiş Edib
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı “The Economic Times” yüklərin izlənilməsi “Vortexa” şirkətinə istinadən məlumat yayıb.
Məlumatlara görə, Rusiya Hindistana tədarük etdiyi neftin həcminə görə Səudiyyə Ərəbistanından sonra ikinci olub. Hindistanın neft emalı zavodları keçən ay gündəlik 879 min barrel yanacaq idxal edib. Hindistan Rusiya neftinin alışını 18,5% artırıb.
Ekspertlər qeyd ediblər ki, “Hindistan daxili tələbatın mövsümi artımı səbəbindən cari rübdə daha çox Rusiya nefti ala bilər”. Bundan əlavə, “Avropa İttifaqı dekabr ayından etibarən Rusiya neftinin idxalına qadağa qoyulması vədinə əməl edərsə, Rusiyanın Hindistan xam neft bazarındakı payı artmağa davam edə bilər”.
Hindistan enerji ehtiyacının 85%-ni idxal hesabına təmin edir. 2021-ci ildə bu xammalın respublikaya əsas tədarükçüləri İraq və Səudiyyə Ərəbistanı olub, Rusiya tədarük həcminə görə 9-cu yeri tutub.
Rusiyanın Hindistandakı səfiri Denis Alipovun daha əvvəl TASS-a verdiyi müsahibədə dediyi kimi, 2022-ci ilin əvvəlindən Rusiya neftinin idxalının həcmi iyul ayına qədər ən azı 7 dəfə artıb. Onun sözlərinə görə, “qlobal enerji sektorunda sanksiyaların doğurduğu böhran vəziyyəti rus təchizatçılarını yeni bazarlar axtarmağa, hindistanlı alıcıları isə ən yaxşı təklifləri seçməyə vadar edir”. Avqustda tədarüklərin həcmi sutkada 1 milyon barrelə çatıb. (Marja)