Hindistandakı neft emalı müəssisələri aprel-iyun aylarında Rusiya xam neftinin alışını 50 dəfə artırıb.
Eləcə də bax: Rusiya qazından yaxa qurtarmaq istəyən Avropa – QƏTƏRİN ŞƏRTLƏRİNDƏN ŞOKA DÜŞÜB
FED.az xəbər verir ki, bu barədə cümə günü "The Economic Times" hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, son üç ayda Rusiya neftinin idxalı 50 dəfə artıb və indi ilk dəfə olaraq Hindistanın xaricdən aldığı bütün xam neftin 10%-ni təşkil edir. Fevralın 24-nə qədər Rusiyadan xam neft alışı Hindistanın alışlarının ümumi həcminin 0,2%-ni keçmirdi.
"Hazırda Rusiya Hindistana neftin on əsas tədarükçüsü arasındadır. May ayında Rusiya Səudiyyə Ərəbistanını geridə qoyub və İraqdan sonra respublikaya bu xammalın ikinci ən böyük ixracatçısı olub", - mənbələr bildiriblər.
Onların dediyinə görə, Hindistan dünyada enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artdığı bir vaxtda Rusiya Federasiyasının neftin barrelini 30 dollara qədər endirimlə satmağa başladığı vəziyyətdən istifadə edib. May ayında Hindistan təxminən 25 milyon barel Rusiya nefti alıb.
ABŞ və Çindən sonra Hindistan dünyanın ən böyük neft istehlakçısıdır və onun 85%-dən çoxu xaricdən alınır. (Marja)