Hesabat ilində Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) əldə edilən gəlirlər (tranzit haqqı) 4,2 mln. ABŞ dolları və yaxud 7,2 mln. manat təşkil edib.
Azərbaycan “Premium Euro-95” markalı benzin idxalını - 9% AZALDIB
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında əksini tapıb.
Hesabata əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,8 mln. manat) nisbətən 14,6 mln. manat və ya 66,9% az icra olunub, habelə 2021-ci ilə nisbətən (21,4 mln. manat) bu gəlir maddəsinin icrasında 14,2 mln. manat və yaxud 8,3 mln. ABŞ dolları məbləğində azalma qeydə alınıb.
Qeyd olunur ki, neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynada baş verən hadisələrlə əlaqədar davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa – red.) üzrə daşınmaların dayandırılması olub.
“2022-ci ildə isə proqnozlaşdırılan neft nəqli 30,9 mln barel təşkil etsə də, hesabat ili ərzində bu kəmər vasitəsilə faktiki olaraq 7,22 mln. barel həcmində neft nəql edilib”, - hesabatda bildirilir. (Apa)