Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında 27 min 152,15 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 9,4% azdır.
Azərbaycanda bu il avtomobil benzininin istehsalı - 48%-Ə YAXIN ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $25 milyon 86,4 min (azalma 13,9%) təşkil edib.
İdxalın əsas həcmi ($16 milyon 998,88 min dəyərində 18 min 665,3 ton) Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə Rusiyadan idxal miqdar ifadəsində 63,9%, dəyər ifadəsində 69% azalıb.
Bundan başqa, hesabat dövründə Azərbaycan Rumıniyadan $4 min 189,24 ton dəyərində 4 min 79,9 ton, Belarusdan isə $3 milyon 898,27 min dəyərində 4 min 406,95 ton benzin idxal edib.
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana $697,2 min avro dəyərində (artım 2,4 dəfə) 568,75 ton “Super Euro-98” markalı benzin (artım 2,1 dəfə) idxal edilib. Hesabat dövründə Rusiyadan $287,85 min dəyərində 234,77 ton, Rumıniyadan $409,34 min dəyərində 333,98 ton benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)