Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri keçən həftə neft istehsalını cəmi gündəlik 1,7 milyon barel azaltmaq qərarı qəbul ediblər.
FED.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) neft hasilatının azaldılmasının 2020-ci ildə təklif bolluğunun qarşısını almayacağını açıqlayıb.
Eləcə də bax: Gürcüstanın builki elektrik enerjisi idxalının - 64%-İ AZƏRBAYCANDAN OLUB
IEA OPEC-in qərarına baxmayaraq neft ehtiyatlarının ilk rübdə gündəlik 700 min barel arta biləcəyini nəzərdə tutur.
Qlobal bazarlarda artıq təklifin gələn ilin 2-ci rübündə gündəlik 1 milyon barelə qədər çıxa biləcəyi, bunun da OPEC ölkələri üçün çətinlik yaradacağı bildirilib. OPEC ölkələrinin növbəti hücumu qiymətləndirmək üçün Mart ayının əvvəlində toplanması gözlənilir.
Xəbər verdiymiz kimi, Dekabrın 6-da Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub.Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb (əvvəl 1,2 milyon barel idi). Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi “OPEC plus” ölkələri arasında proporsional qaydada aparılıb.
"Marja"