Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 904,006 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.
FED.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilir.
Eləcə də bax: "Hasilatın azaldılması neft bolluğunun - QARŞISINI ALMAYACAQ"
Məlumata görə, 11 ay ərzində qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 415,98 milyon kilovatt/saat təşkil edib. Bu həcmin isə 63,8%-ni Azərbaycan təmin edib.
Hesabat dövründə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi 243,42 milyon kilovatt/saata bərabər olub ki, bunun da 12,104 milyon kilovatt/saatını Azərbaycan idxal edib.
Yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan Türkiyəyə 116,69 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.