“Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb".
Eləcə də bax: "İnflyasiya kəskinləşib”
FED.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
"Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir", - deyə nazir qeyd edib. (Report)