“Qardabani-2” istilik elektrik stansiyası (İES) 230 meqavat/saat enerji istehsal edə bilər. Bu da Gürcüstanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
Eləcə də bax: Ötən il Gürcüstan ən çox elektirik enerjisini - AZƏRBAYCANDAN İDXAL EDİB
FED.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə gürcü energetiklər məlumat yayıblar.
Onların sözlərinə görə, İES-in tam gücü ilə işləməsi üçün yenə də Azərbaycan təbii qazına ehtiyac var.
“Qardabani-2” İES-in tikintisinə 180 milyon dollar investisiya qoyulub. Bu stansiya digər enerji blokları ilə müqayisədə daha az təbii qaz işlədir.
Qeyd edək ki, Gürcüstanın Qara dəniz şelfində təbii qaz və neft axtarılır. Amma bu hələlik fərziyədir və “Qardabani-2” İES Azərbaycandan alınacaq təbii qazla işləyəcək.
Ekspertlərin fikrincə, Gürcüstan bu qazı Azəərbaycandan tranzit hesabına almaq niyyətindədir.
Bildirilir ki, əgər təbii qaz məsələsi həllini tapsa “Qardabani-2” İES ildə 1,3-1,5 milyard kilovat/saat elektrik enerjisi istehsal edə bilər.
Cari ildə TANAP vasitəsilə Türkiyəyə qazın daşınması nəticəsində Gürcüstanın alacağı “mavi yanacağın” həcmi də 20-30 faiz artacaq. Bu da “Qardabani-1” və “Qardabani-2” elektrik stansiyalarının istehsal gücünü artıracaq.