Gürcüstan yeni neft və qaz ehtiyatlarının axtarışına başlayır. Axtarışlar Qara dənizin Gürcüstan akvatoriyasında aparılacaq.
Eləcə də bax: Ötən il Gürcüstan ən çox elektirik enerjisini - AZƏRBAYCANDAN İDXAL EDİB
FED.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi açıq beynəlxalq tender elan edib. Tenderin şərtlərinə əsasən, axtarış-kəşfiyyat işləri dəniz şelfindəki lisenziyalaşdırılmış ikinci və üçüncü blokda aparılacaq. Blokların işlənilməsi üçün lisenziyanın alınması ilə bağlı müraciətlər bu il aprelin 20-dək qəbul olunacaq.