Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Gürcüstana cəmi 1 milyard 890,4 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Gürcüstana ixrac edilmiş qazın dəyəri isə 198,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 880,2 milyon kub metr (31,7%), dəyərində isə 64,6 milyon dollar (24,5%) azalma müşahidə edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Gürcüstana 263,6 milyon dollar dəyərində 2 milyard 770,6 milyon kub metr qaz ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Gürcüstana ixrac edilmiş qazın hər 1000 kub metrinin orta dəyəri 105 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 10 dollar (10,5%) çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 95 dollara bərabər olub.










