Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Rusiyadan cəmi 21 milyon 241 min kub metr təbii qaz idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Rusiyadan idxal edilmiş qazın dəyəri 3 milyon 929 min dollar olub.
Son bir il ərzində idxalın həcmində 120 milyon 406 min kub metr (6,7 dəfə), dəyərində isə 22 milyon 275 min dollar (6,7 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Rusiyadan 26 milyon 204 min dollar dəyərində 141 milyon 647 min kub metr qaz idxal etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Rusiyadan idxal edilmiş qazın hər 1000 kub metrinin orta dəyəri 185 dollar təşkil edib. Bu rəqəm 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyişməz qalıb (185 dollar).










