Hazırda Gürcüstan hökuməti təbii qazın tədarükündə şəraitin pisləşəcəyini gözləmir və ümid edir ki, sabit qiymətlə ölkəni "mavi yanacaq"la təmin edə biləcək.
Eləcə də bax: Gürcüstanın Baş naziri: “Avropada Azərbaycandan sonra ən ucuz qaz bizdədir”
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
"Biz bu gün şərtlərimizin pisləşəcəyini gözləmirik və uzunmüddətli perspektivdə tərəfdaşlarla əməkdaşlığımızı davam etdirməyə ümid edirik. Çünki Gürcüstan təchizatçı ölkəyə – Azərbaycana hörmət edir və vəziyyət əksinə dəyişsə belə, biz daha uzunmüddətli, sabit müqavilələrə sadiq qalacağıq", - L. Davitaşvili qeyd edib.
O vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq bir ilə əsaslanmır, bu, uzunmüddətli, strateji bir əməkdaşlıq formasıdır.
"Düşünürük ki, dost ölkələrlə düzgün, dərin və yaxşı ünsiyyət-koordinasiya ilə bu əsas enerji təchizatçısından tədarükü təmin edə biləcəyik", - L. Davitaşvili vurğulayıb. (Apa)