“Gürcüstan Avropada təbii qazın qiymətinə görə Azərbaycandan sonra II və yaxud III yerdədir”.
Eləcə də bax: Azərbaycan qazı üçün daha bir yol açıldı – İLDƏ 3 MİLYARD KUBMETR SATILACAQ
FED.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Avropada qaz kəskin bahalaşsa da, Azərbaycanla imzalanmış müqavilələrə əsasən ölkədə qiymətlər çox aşağıdır: "Buna görə də hamını məsuliyyətli olmağa və vətəndaşlar arasında yanlış fikir yaratmamağa çağırıram”.
İ.Qaribaşvili qeyd edib ki, bütün dünyada olduğu kimi, Gürcüstanda da inflyasiya və qiymət artımı problemdir: “Gürcüstan əlbəttə ki, istisna ola bilməz. Belə ki, Gürcüstan dünya bazarının üzvü olan kiçik iqtisadiyyata malik kiçik ölkədir”.
Hökumət başçısı ölkədə benzinin qiymətinə də münasibət bildirib. O deyib ki, Gürcüstan yanacağın qiymətinə görə dünyada 100-cü yerdədir: “Biz nə qaz, nə də neft istehsalçısıyıq. Gürcüstan idxaldan asılı ölkədir. Vətəndaşları təxribatlara uymamağa çağırıram”. (Report)