Neft-qaz sektorunda hasilat proqnozları nəzərə alınmaqla, dövlət büdcəsinin neft gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 847,4 milyon manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 845,9 milyon manat çox olacağı gözlənilir.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Aparılmış hesablamalara əsasən neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin təqribən 1,7 milyard manat artması və ya azalmasına gətirib çıxarır.
neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirlərinin 2024-cü ildə baza ssenariyə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 3,4 milyard manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 3,4 milyard manat çox olacağı gözlənilir.
İcmal büdcənin gəlirlərinin neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla, xam neftin müxtəlif qiymət ssenarilərində təhlili göstərir ki, neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 2024-cü ildə icmal büdcə gəlirlərinin təqribən 2,1 milyard manat artmasına və ya azalmasına gətirib çıxarır
neft-qaz sektorunda hasilat proqnozları və Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarəedilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla icmal büdcənin gəlirlərinin 2024-cü ildə baza ssenarisinə (60 ABŞ dolları) nəzərən pessimist ssenaridə (40,0 ABŞ dolları) 4,2 milyard manat az, optimist ssenaridə (80,0 ABŞ dolları) isə 4,2 milyard manat çox olacağı gözlənilir
Qeyd: Neft-qaz sektorunda hasilat proqnozları, dövlət və icmal büdcə proqnozları və Dövlət Neft Fondunun aktivlərinin yerləşdirilməsindən və idarə edilməsindən təxmin edilən gəlirlilik faizi nəzərə alınmaqla
İcmal büdcənin artıqlığı/kəsirliliyinin xam neftin müxtəlif qiymət ssenarilərində təhlili göstərir ki, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin kəsirinin 2024-cü ildə təqribən 2,1 milyard manat artmasına və ya azalmasına gətirib çıxarır.
İcmal büdcə 2024-cü ildə baza ssenaridə (60 ABŞ dolları) 3,4 milyard manat kəsirlə, pessimist ssenaridə (40 ABŞ dolları) 7,6 milyard manat kəsirlə, optimist ssenaridə (80 ABŞ dolları) isə 0,9 milyard manat profisitlə proqnozlaşdırılır