Həftə sonu keçirilən hərraclarda Avropada qazın qiyməti yenidən kəskin aşağı düşüb.
Eləcə də bax: Ərdoğan: "Avropanı çətin qış gözləyir"
FED.az xəbər verirki, qaz 14% ucuzlaşaraq 1550 dollardan aşağı qiymətə satılıb. Bu iyul ayındən indiyədək ən aşağı qiymətdir.
Qiymətin belə kəskin aşağı düşməsinin səbəbi Avropada qaz anbarlarının dolmasıdır. Oktyabrın 5-ə olan məlumata görə, Avropanın qaz anbarları 90% dolub.
Məsələn Belçika və Portuqqaliyəda anbarlar 100% dolub. Polşa və Danimarkada bu göstərici 98%, Fransada isə 97,5% təşkil edir. Rusiya qazından ən çox asılı olan Almaniyada isə qaz anbarları 93% doldurulub.