Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Energetika

  1. Ana səhifə
  2. Energetika
  1. Energetika

Forbes jurnalı SOCAR-ın özəlləşdirilməsi məsələsindən yazır – Bəs bu realdırmı?

Forbes jurnalı SOCAR-ın özəlləşdirilməsi məsələsindən yazır – Bəs bu realdırmı? | FED.az
11:41 26 Avq 2020

Təbii ehtiyatların ixracından asılı olan başqa ölkələr kimi, Azərbaycan iqtisadiyyatı da, xüsusilə neft və qaz sektoru qlobal koronavirus pandemiyası təsirindən əziyyət çəkib, Forbes nəşrinin təhlilində qeyd olunur.

Eləcə də bax: İri şirkətlərin özəlləşməsi sərfəlidirmi? – Fariz Hüseynli – STATUS

FED.az Banker.az-a istinadən xəbər verir ki, biznes dairələrinin nüfuzlu nəşrinə əsasən, pandemiyadan əvvəl 2,3 faiz artacağı gözlənən Azərbaycan iqtisadiyyatının həcmi 2,6 faiz azala bilər.

Gələn il ÜDM-in yenidən 2,2 faiz artacağı proqnozlaşdırılsa da, iqtisadiyyatın yenidən qurulması üçün çevik tədbirlərin vaxtı gəlib çatmış ola bilər, Forbes nəşri, belə bir nəticəyə gəlir.

Avqustun 6-da ölkənin iqtisadi vəziyyəti müzakirə edilərkən, Azərbaycan prezidenti İlham Əliyev dövlətə məxsus neft və qaz nəhəngi – SOCAR şirkətini israfçı xərcləmələr və layihələri həyata keçirmək üçün öz gəlirlərinə deyil, dövlət büdcəsinə üz tutduğuna görə tənqid edib.

İflas ola bilərmi?

“Prezident öz nitqində, müxtəlif sənaye sahələrində fəaliyyət göstərən digər dövlət inhisarları ilə yanaşı, neft və qaz nəhənginin özəlləşdirilməsinə dair çağırış edib,”- yazan Forbes əlavə edir ki, SOCAR-ın səmərəsizliyi barədə dövlət başçısının sərt sözləri artıq gecikmiş ola bilər.

Rutgers Universitetinin azərbaycanlı iqtisadçı tədqiqatçısı Qubad İbadoğlunun proqnozuna görə, dərhal ciddi struktur addımlar atılmazsa, SOCAR 2023-cü ilə qədər iflasa uğraya bilər.

Lakin neft məsələləri üzrə təhlilçi İlham Şaban belə proqnoza skeptik yanaşır. Onun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti qarşıdan gələn illər ərzində yaxşılaşmağa doğru getdiyi bir halda, iflas ehtimalı inandırıcı görünmür.

“SOCAR hazırda ümumi dəyəri 500 milyon dollardan az olan neft satırsa, onun işə salınacaq layihələri şirkətin gəlirlərini əhəmiyyətli şəkildə artıracaq,”- təhlilçi deyir.

“SOCAR-ın işə salacağı və modernizasiya etdiyi şirkətlər ona aviasiya kerosini, avro-5 dizeli, benzin satmaq üçün əlavə imkanlar verəcək. SOCAR maksimum 3 ildən sonra xarici bazarda 2 milyon ton yanacaq sata biləcək. Onun bu sahədə gəliri 2 dəfə artaraq, 1 milyard dollara çatacaq. Mən daha başqa layihələrdən danışmıram,”- İlham Şaban BBC News Azərbaycancaya deyib.

Forbes nəşrinə əsasən, bu və ya digər dərəcədə postsovet ölkələrinin əksəriyyəti keçmiş dövlət aktivlərini özəlləşdirmək strategiyasını qəbul ediblər. Məqaləyə əsasən, Rusiya 90-cı illərdə baş tutan özəlləşdirmənin bəzi nəticələrini yenidən nəzərdən keçirir, Ukrayna isə bir neçə mərhələdə həyata keçirdiyi özəlləşmədə çətinliklərlə üzləşib.

Lakin ABŞ nəşrinə əsasən, Azərbaycan üçün ən maraqlı misal Qazaxıstan ola bilər. Avropa, Rusiya və Şərqi Asiya arasındakı coğrafi vəziyyətindən faydalanmaq və xarici maliyyə cəlb etmək məqsədini güdən bu ölkə 2015-ci ildə Astana Beynəlxalq Maliyyə Mərkəzini (AIFC) işə salıb.

2020-ci ilin iyununa qədər maliyyə mərkəzi dünyanın 35 ölkəsindən 500 korporasiyanı cəlb edib, ilin birinci yarısında koronavirusun yayılmasına baxmayaraq, AİFC daha 122 şirkəti qeydiyyata ala bilib.

İlham Şabanın dediyinə görə, Azərbaycanda da iqtisadiyyatın bir hissəsini sərmayəçilərin nəzarətinə vermək istəyi olub, lakin hazırda bu sahədə həyata keçirilən layihələrə münasibət birmənalı deyil.

“Belə şirkətlər xeyli vaxtdır ki, var. Amma onların bəziləri iclas keçirmir, bəziləri sərmayədarlarına bir dəfə olsun divident verməyib. Yəni, bu sistem işləmir, çünki lazmı mühit yaradılmayıb. Misal üçün, toxumu torpağa atanda o torpaq münbit olmalıdır. Yəni, bunun işləməsi üçün, başqa sahələrdə də islahatlar olmalıdır, məhkəmə sistemi dəyişməli, infrastruktur yaradılmalıdır və sairə”.

“Siam əkizləri”

Azərbaycanın ümumi daxili məhsulun 40 faizi neft və qazdan əldə edilir ki, bu da hökumətin büdcə gəlirlərinin üçdə ikisini və ixrac gəlirlərinin 80 faizini təşkil edir, Forbes dərgisi qeyd edir.

İlham Şabanın dediyinə görə, məhz Forbes-un göstərdiyi rəqəmləri nəzərə almaqla, büdcənin əsas gəlir mənbəyi olan SOCAR-ın özəlləşdirilməsini təsəvvür etmək qeyri-real görünür.

“Kim harada çətinə düşərsə, hökumətə müraciət edir ki, SOCAR-dan kömək alsın. SOCAR sanki bir xilaseidici “çubuq” rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. Yəni, SOCAR və hökumət iqtisadiyyatda “Siam əkizləri” kimi bir şeydir. Onları ayrımaq olmayacaq”.

İlham Şabanın dediyinə görə, SOCAR-ın büdcəyə ödənişləri və qlobal neft qiymətləri arasında mütənasiblik yoxdur və neftin qiymətindən asılı olmayaraq, SOCAR-ın büdcəyə ayırdığı vəsaitin həcmi dəyişməz qalır. Buna görə də hökumət “işıldayan aktivi” saydığı SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq.

“Hökumət SOCAR-a deyə bilər ki, sən effektivliyini artır. Amma hökumət başa düşür ki, o, SOCAR-sız keçinə bilməz”.

Bu arada Forbes nəşri yazır ki, Azərbaycan hökuməti hələ də Azərbaycan Hava Yolları, Aztelekom, Azərenerji, Azərkosmos və Bakı Metropoliteni kimi inhisarçı qurumlarda əhəmiyyətli paya sahibdir.

Forbes dərgisi hesab edir ki, özəlləşmə nəticəsində “bazar iştirakçıları arasında artan “rəqabət və təkmilləşdirilmiş” korporativ idarəetmə istehlakçılara fayda gətirəcək,vergi bazasını artıracaq və orta və uzunmüddətli dövrdə daha yaxşı “maaşlı iş yerləri yaradacaqdır”.

Azərbaycan bu strateji kursdan böyük fayda əldə edə bilər, Forbes yazır.

Banner
Banner
  • Forbes
  • jurnal
  • SOCAR
  • özəlləşdirilmə. neft
Paylaş

Digər xəbərlər

Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Energetika 25 Mart 2023
Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
Energetika 25 Mart 2023
Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
Energetika 24 Mart 2023
Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
Energetika 24 Mart 2023
SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro - SƏRF EDİB
Energetika 24 Mart 2023
2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro - SƏRF EDİB
2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro - SƏRF EDİB
Energetika 24 Mart 2023
2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro - SƏRF EDİB
Neft bahalaşıb - SON QİYMƏT
Energetika 24 Mart 2023
Neft bahalaşıb - SON QİYMƏT
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
Energetika 24 Mart 2023
Azərbaycan nefti bahalaşıb - SON QİYMƏT
ABŞ-ın neft ehtiyatları 1.12 milyon barel artıb
Energetika 23 Mart 2023
ABŞ-ın neft ehtiyatları 1.12 milyon barel artıb
Azərbaycan nefti sürətli ucuzlaşmadan sonra – YENİDƏN BAHALAŞIR - QİYMƏT
Energetika 22 Mart 2023
Azərbaycan nefti sürətli ucuzlaşmadan sonra – YENİDƏN BAHALAŞIR - QİYMƏT
Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
Energetika 20 Mart 2023
Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
Brent nefti 3% ucuzlaşdı - SON QİYMƏT
Energetika 18 Mart 2023
Brent nefti 3% ucuzlaşdı - SON QİYMƏT
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "PASHA Bank" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    22:03 25 Mart 2023
  • "AzeriMed" QSC işçilər axtarır - MAAŞ - 400-450-500-600-1000-1500 MANAT - VAKANSİYALAR
    20:54 25 Mart 2023
  • "Export From Japan" işçi axtarır - MAAŞ 1200 MANAT - VAKANSİYA
    20:48 25 Mart 2023
  • "Camal LTD" işçilər axtarır - MAAŞ 600-800-1000-1200 MANAT - VAKANSİYALAR
    20:42 25 Mart 2023
  • Azərbaycan ermənilərin gizli silah daşıdığı yolları kəsən kimi - Şarl Mişel narahat olub İlham Əliyevə zəng etdi
    20:22 25 Mart 2023
  • XİN Laçın dəhlizi ilə bağlı - BƏYƏNAT YAYDI
    20:15 25 Mart 2023
  • Düşmənin Füzuli istiqamətində səngər qazmasının qarşısı alınıb
    20:10 25 Mart 2023
  • Daha xəbərdarlıq olmayacaq! - Ordumuz hansı yolları nəzarətə götürdü?
    19:53 25 Mart 2023
  • Azərbaycan Ordusu Laçında zəruri nəzarət tədbirləri həyata keçirdi
    19:45 25 Mart 2023
  • Mobil terminal, planşet və printer avadanlıqlarının alınması - TENDER ELANI
    17:46 25 Mart 2023
  • "Vitamin VİO" MMC "TC Şirkəti" MMC ilə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    17:41 25 Mart 2023
  • "Multipack" şirkəti "Prestij-Kİmya" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:38 25 Mart 2023
  • Mühafizə xidmətinin alınması ilə bağlı - TENDER ELANI
    17:30 25 Mart 2023
  • "Qurman Plyus" yerli şirkəti - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    17:18 25 Mart 2023
  • Azərbaycanda armatur istehsalı son bir ildə 57%-dən çox azalıb
    17:09 25 Mart 2023
  • Dövlət qurumu "Hanse" MMC-ni - MƏHKƏMƏYƏ VERİB
    17:06 25 Mart 2023
  • Azərbaycanda polad tökmə istehsalı son bir ildə 16%-dən çox azalıb
    16:57 25 Mart 2023
  • Bakı Şəhər Lokal Baş Gəlirlər İdarəsi yerli şirkəti - MƏHKƏMƏYƏ VERİB
    16:46 25 Mart 2023
  • Təlimlərin keçirilməsinin satınalınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:39 25 Mart 2023
  • Azərbaycanda tikinti kərpiclərinin istehsalı son bir ildə 26%-dən çox azalıb
    16:28 25 Mart 2023
  • Yumşaq inventarların alınması ilə bağlı - KOTİROVKA SORĞUSU
    16:19 25 Mart 2023
  • Azərbaycanda sement istehsalı 5%-ə yaxın azalıb
    16:10 25 Mart 2023
  • "Azərkosmos" Agentliyi - TENDER ELAN ETDİ
    16:02 25 Mart 2023
  • "Champion İZ" borca görə - MƏHKƏMƏYƏ VERİLİB
    15:52 25 Mart 2023
  • Naxçıvan Muxtar Respublika Xəstəxanası - TENDER ELAN ETDİ
    15:43 25 Mart 2023
  • "Gilan Vegetables" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    15:31 25 Mart 2023
  • Lildən təmizlənmə və sahilbərkitmə işləri ilə bağlı - TENDER ELANI
    15:21 25 Mart 2023
  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!