“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-2028-ci illər üçün neftin orta qiyməti üzrə proqnozunu yeniləyib.
Cari əməliyyatlar balansının neft-qaz üzrə profisiti açıqlandı
FED.az xəbər verir ki, agentliyə görə, “Brent” etalon markalı neftin bir barelinin qiymətinin 2025-ci ildə 70 ABŞ dolları, 2026-cı ildə - 65 dollar, 2027-ci ildə - 65 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 60 dollar səviyyəsində olacağı ehtimal olunur.
Proqnoza əsasən, WTI etalon markalı neftin qiyməti 2025-ci ildə 65 ABŞ dolları, 2026-cı ildə - 60 dollar, 2027-ci ildə - 60 dollar (proqnozlar göstəricilər dəyişməyib), 2028-ci ildə isə 57 dollar təşkil edəcək.
Hesabatda qeyd olunur ki, 2024-cü ildə “Brent”in orta qiyməti 80,5 dollar, WTI-in qiyməti isə 76,6 dollar olub. (Apa)