COVID-19-a qarşı peyvəndin təsirli olduğu hiss edilərsə, neft qiymətləri 60 dollara yüksələ bilər.
Eləcə də bax: "Brent" neftinin qiyməti bu il - 60 Dollara Yüksələ Bilər
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
F.Birol qeyd edib ki, Co Baydenin rəhbərliyi ilə ABŞ-da yaşıl iqtisadiyyata keçid sürətlənəcək və koronavirusa qarşı peyvənd təsirli olarsa, neft qiymətləri yüksələ bilər. Epidemiyanın başlanğıcından bəri mənfi təsir görən neft qiymətlərinin peyvəndin tətbiqinin təsirindən asılı olaraq 50-60 dollara çatacağı proqnozlaşdırılır. (Azərtac)