Dünyanın ən iri neft şirkəti “Saudi Aramco” neft hasilatını sutkada 12 milyon bareldən 13 milyon barelədək artıracaq.
Eləcə də bax: Bu il neftin orta qiyməti 43 dollar olacaq - PROQNOZ
FED.az "trend"ə istiadən xəbər verir ki, şirkət bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən tapşırıq alıb.
Qeyd edək ki, ötən həftə OPEC+ sazişi ilə bağlı razılıq əldə olunmadığı üçün neft qiymətləri 25 faiz ucuzlaşıb. Səudiyyə Ərəbistanı öz növbəsində aprelin 1-dən başlayaraq neft hasilatını artıracağını və nefti 20 faiz ucuz satacağını açıqlayıb.