Amerika Energetika Nazirliyinin proqnozlarına görə, 2020-ci ildə brend markalı neftin 1 barelinin orta qiymətinin 43 dollar təşkil edəcəkdir. Halbuki, yanvar ayında bu proqnoz 65 dollar idi.
FED.az xəbər verir ki, nazirliyin proqnozlarına görə, 2021 ci il ildə brend markalı neftin bir barelinin qiyməti 55 dollar olacaq. Nazirlik qarşıdakı 2 rüb ərzidə OPEC ölkələri tərəfindən neft hasilatının artacağını gözləyir. Bu da dünyadakı yanacaq ehtiyyatlarının həcmini artıracaq və nəticədə neftə təlabat azalacaqdır. Qiymətin aşağı düşməsi bu proqnozlarla bağlıdır.