Dünyanın ən iri neft kompaniyası olan “Saudi Aramco” iyun ayında neft alıcıları üçün yeni qiymət qrafiki formalaşdırıb.
FED.az xəbər verir ki, qiymətlər bütün bazarlar, o cümlədən Asiya, ABŞ və Avropa üçün qaldırılıb.
Trump nefti bahalaşdırmaq üçün - Şahzadə Salmanı hədələyib
Mütəxəssislərin fikrincə, “Saudi Aramco” kompaniyasının qiymətləri bahalaşdırması neft bazarına tələbatın yaxşılaşması siqnalını verir. Belə ki, Asiya üçün iyun çatdırılmalarında neftin barreli 1,4 dollar bahalaşıb və hazırda diskont etalona nisbətdə barrel üçün 5,9 dollar azalıb.
Çin, Almaniya, Avstriya və digər ölkələrdə karantin tədbirlərinin tədricən aradan qaldırılması xəbərlərinə sərmayəçi reaksiyası Brent markalı neftin barrelinin 30 dollara qədər bahalaşmasına səbəb olub. Lakin hələ ki, hazırkı qiymət artımını davamlı adlandırmaq tezdir. OPEC+ sazişinin qüvvəyə minməsinə baxmayaraq, dünyada neft ehtiyatları artmağa davam edir. Ekspertlərin proqnozuna görə, 2020-ci ilin III kvartalında neftin barrelinin qiyməti 35 dollar ətrafında dəyişəcək.