Norveçin "Equinor" şirkətinin Azərbaycandakı dövriyyədənkənar aktivləri 31 dekabr 2022-ci il tarixindəki 1,401 milyard dollarla müqayisədə 31 mart 2023-cü il tarixində 1,396 milyard dollar təşkil edib.
Equinor "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini - AÇIQLAYIB
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Beləliklə, şirkətin Azərbaycanda dövriyyədənkənar aktivləri 0,36 faiz azalıb.
"Equinor"un ümumi dövriyyədənkənar aktivləri 31 dekabr 2022-ci il tarixindəki 64,414 milyard dollarla müqayisədə 31 mart 2023-cü il tarixində 63,780 milyard dollar təşkil edib, ki bu da 0,98 faiz azalmadan xəbər verir.
Qeyd edək ki, Equinor Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayıb. Şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.
30 may 2018-ci il tarixində Equinor və SOCAR arasında "Qarabağ" neft yatağı üzrə Saziş və Xəzər dənizində Əşrəfi-Dan ulduzu-Aypara (ƏDUA) sahəsində hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Equinor və SOCAR hər iki layihədə bərabər paylara malikdir. (Trend)