Macarıstanın "Equinor" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 2023-cü ilin birinci rübündə orta gündəlik hasilatı 2022-ci ilin birinci rübündəki gündəlik 31 500 barel neft ekvivalenti ilə müqayisədə gündəlik 28 000 barel neft ekvivalenti olub.
BP Azərbaycan 1-ci rübün nəticələrini - AÇIQLADI
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Beləliklə, şirkətin hasilatı illik hesablamada 11,11 faiz azalıb.
Qeyd edək ki, bu gün "Equinor" "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.
Bundan başqa, 30 may 2018-ci il tarixində "Equinor" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Qarabağ" neft yatağı və Əşrəfi-Dan ulduzu-Aypara (ƏDUA) perspektiv strukturu üzrə Saziş imzalanıb.
Equinor və SOCAR hər iki layihədə bərabər paylara malikdir. "Qarabağ" neft yatağı Bakıdan 120 km şərqdə, dayazsulu “Günəşli” yatağının yaxınlığında yerləşir. 2020-ci ilin mart ayında "Equinor" və SOCAR "Qarabağ" neft yatağında neftin aşkarlandığını təsdiqləyiblər. (Trend)