Energetika Nazirliyi və “TotalEnergies Renewables SAS” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan MR-da 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
SOCAR və CEZ-in potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib - FOTOLAR
FED.az xəbər verir ki, imzalanma mərasimi Naxçıvan şəhərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən xüsusi sessiyada baş tutub.
Bundan başqa, nazirlik və "Nobel Energy Management" MMC arasında “Naxçıvan MR-da 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.