2022-ci ildən etibarən Azərbaycanda “Avro-5” markalı benzin istehsal olunacaq.
Eləcə də bax: Bəzi böyük neft şirkətləri Azərbaycana qayıdırlar - İLHAM ƏLİYEV
FED.az xəbər verir ki, bunu prezident İlham Əliyev deyib.
“Növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq”, - Əliyev çərşənbə axşamı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən bildirib.
Həmçinin prezident qeyd edib ki, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir.
“Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır”, - dövlət başçısı vurğulayıb.