Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı 2 493,4 milyon kVt·st təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Bu il "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi gözlənilir
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, istilik elektrik stansiyalarında 2224,9 milyon kVt·st elektrik enerjisi (-0,2 faiz), bərpaolunan enerji mənbələrindən isə 268,5 milyon kVt·st (+55,8 faiz) elektrik enerjisi istehsal edilib.
Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı:
- su elektrik stansiyaları - 218,3 milyon kVt·st (+68,7%);
- külək elektrik stansiyaları - 2,9 milyon kVt·st (-50%);
- günəş elektrik stansiyaları - 26,4 milyon kVt·st (+45%);
- bərk məişət tullantılarının yandırılması zavodu - 20,9 milyon kVt·st (+10,6%).
2025-ci ilin yanvar ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 11 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz bəndi çoxdur.