Bu ilin sonuna ACWA Power şirkəti tərəfindən tikilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının turbinlərinin quraşdırılması və istismara verilməsi gözlənilir.
FED.az xəbər verir ki, bunu jurnalistlərə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına təşkil olunmuş media-tur zamanı deyib.
O bildirib ki, layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 MVt olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 MVt-lıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək.
"Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır" - deyə Cavid Abdullayev qeyd edib. (Apa)