Rusiyanın hər gün hasil etdiyi milyonlarla barel nefti əvəz etmək üçün beynəlxalq ictimaiyyətə 5-10 il lazım olacaq.
FED.az xəbər verir ki, bu barədə Texas Dəmiryol Komissiyasının (ştatın neft tənzimləyicisi) keçmiş komissarı Rayan Sitton bildirib.
Eləcə də bax: TƏCİLİ: ABŞ prezidenti Rusiyadan neft qaz alışına - QADAĞA QOYDU
Çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden Ukraynada baş verən hadisələrə görə dünya neft tədarükünün onda birini təmin edən ölkəyə qarşı sanksiyaları genişləndirərək, Rusiya istehsallı enerji daşıyıcılardan imtina olunduğunu elan edib.
Sitton güman edir ki, ayrı-ayrı dövlətlər və ya şirkətlər tərəfindən satınalmalardan imtina edilməsi səbəbindən Çin Rusiya neftinin yeganə əsas istehlakçısı ola və bu halda öz şərtlərini diktə edə bilər.
Rusiya daha əvvəl ABŞ-a gündə təxminən 700 min barel neft və neft məhsulları satırdı. Sittonun fikrincə, ağır Rusiya neft növlərini əvəz etmək üçün təbii variant Venesueladan tədarükün bərpası ola bilər. Venesueladan ABŞ-a neftin tədarükü sanksiyalar səbəbindən dayandırılıb. (Apa)