Bu gündən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) hazırda Azərbaycan Energetika Nazirliyi və digər enerji qurumlarına bərpa olunan layihələri dəstəkləmək üçün "Elektrik Şəbəkəsinin Gücləndirilməsi üzrə Fəaliyyət Planı"nı həyata keçirmək üçün texniki dəstək verməyə başlayıb.
Eləcə də bax: Nə üçün Azərbaycan nefti bütün - NEFT MARKALARINDAN BAHADIR?
FED.az "Report"a istinadən xəbər verir ki, Energetika Nazirliyi Bankdan potensial gücü 100 MVt-dan çox olan “Area 7” adlanan ərazi üçün ölçmə işlərinin aparılmasına dəstək verməyi xahiş edib.
“Area 7” Bakının Cənubunda Qaradağ rayonu ərazisində 875 hektar ərazidə yerləşir. Buna görə EBRD “Area 7” üçün lazımlı 12 aylıq külək ölçmə kampaniyasını həyata keçirəcək bir məsləhətçini cəlb etməyə hazırlaşır. Məsləhətçi şirkətlərin müraciətləri martın 17-dək qəbul edilir.
Seçiləcək şirkətin apreldə fəaliyyətə başlayacağı və ümumi tapşırığın 18 ay çəkəcəyi qeyd edilir və bu xidmətlər üçün isə 150 min avro məbləğində əlavə dəyər vergisinin ödənilməsi nəzərdə tutulub.