OPEC+ ölkələrində neft hasilatının artması, həmçinin bir sıra regionlarda texniki təmir işlərindən sonra sənayenin əhəmiyyətli dərəcədə bərpası fonunda iyul ayında dünyada neft tədarükü postpandemiya dövrünün maksimumuna çatıb.
Eləcə də bax: Avropada qaza qənaət başladı - Razılaşma Qüvvəyə Minib
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.
Məlumata görə, iyul ayında dünyada neft tədarükü gündəlik 100,5 milyon barelə çatıb, bu isə 2020-ci ilin yanvarından sonra ən yüksək göstəricidir.
BEA 2022-ci ildə dünyada orta neft tədarükünün gündəlik 100 milyon barel təşkil edəcəyini gözləyir. (Report)