Qaz təchizatının pisləşməsinə görə Avropa Komissiyasının təklif etdiyi mavi yanacağa qənaətlə bağlı qərarı qüvvəyə minib.
Eləcə də bax: Aİ qaz istehlakının 15% azaldılması barədə qərarı - TƏSDİQLƏYİB
FED.az xəbər verir, qərar ittifaqın Rəsmi Jurnalında dərc edilib.
Sənəddə göstərilir ki, Aİ-yə üzv ölkələrinin hər biri 1 avqust 2022 – 31 mart 2023-cü il tarixlərində əvvəlki illərlə müqayisədə qaz sərfiyyatını 15% azaltmalıdır. Ciddi qaz qıtlığı olacağı təqdirdə Avropa Şurasının vəsastəti əsasında fövqəladə hal elan oluna bilər. Bu təqdirdə qənaət rejimi hər bir dövlətin real şəraitinə uyğun həyata keçiriləcək. (Apa)