Dünyanın əsas enerji daşıyıcıları olan neft qazla paralel olaraq kömür də sürətlə bahalaşır.
FED.az xəbər verir ki, 2022-ci ilin əvvəlindən indiyədək dünyada kömürün qiyməti 4 dəfə artıb.
Avropada qaz qıtlığı yarandıqca, onun əvəzediciləri axtarılır və nəticədə kömürə tələbat görünməmiş həddə yüksəlib.
İyunun 28-də isə Avstraliyanın Nyukasl limanında 1 ton energetik kömürün qiyməti 400 dolları keçib. İsti hava və Avropada yanacaq qıtlığı fonunda kömür qiymətləri əvvəl 402 dollara, daha sonra 421 dollara yüksəlib.
Qeyd edək ki, «FOB Nyukasl» qiymətləri bütün Asiya-Sakit Okean hövzəsi üçün etalon sayılır.
Kömürə tələbatın kəskin yüksəlməsi indiyədək dünyada baş verən proseslərdən bir qədər kənarda qalmış Monqolustana diqqəti artırıb. Bu da təsadüfi deyil, dünyanın ən böyük kömür yatağı olan Tavan-Tolqoy Monqolustanda yerləşir.
Onun ehtiyatları 6,5 milyard ton qiymətləndirilir, bunun 40%-i yüksək kalorili koks kömürüdür.
Kömürün necə bahalaşdığını Monqolustanın ixrac rəqəmlərindən görmük mümkündür. Monqolustandan kömür ixracı və ondan gəlirləri
2018-ci ildə 36 milyon 265 min ton və gəlirləri 2 milyard 803 milyon dollar (1 ton 77 dollar)
2019-cu ildə 36 milyon 604 min ton və gəlirləri 3 milyard 079 milyon dollar (1 ton 84 dollar)
2020-ci ildə 28 milyon 677 min ton və gəlirləri 2 milyard 127 milyon dollar (1 ton 74 dollar) (pandemiya dövrü)
2021-cu ildə 16 milyon 138 min ton və gəlirləri 2 milyard 779 milyon dollar (1 ton 172 dollar)
Xatırladaq ki, Monqolustan köm ür ehtiyatlarının həcxminə görü dünyanın ilk 10 ölkəsi arasındadır. Bu ölkənin 150 milyard ton kömür ehtiyatı var. Kömür satışı Monqolustanın bütün ixracının 40%-ni təşkil edir. Kömürün əsas alıcısı Çindir, çünki başqa istiqamətə ixrac imkanı yodur.