Yaxın vaxtlarda Bakı və Belqrad arasında Azərbaycan qazının əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq.
8 ayda Avropaya 8,4 milyard kubmetr qaz ixrac olunub
FED.az xəbər verir ki, bunu Serbiyanın Mədən və Energetika naziri Dubravka Cedoviç Handanoviç "Srbijagas" şirkətinin prezidenti Duşan Bajatoviç ilə görüşündə deyib.
“Serbiyalı nazir D.Bayatoviç ilə “Banatski dvor” yeraltı qaz anbarının genişləndirilməsi və istilik mövsümünə hazırlıq məsələlərini müzakirə edib, eləcə də həm Serbiya, həm də Macarıstanda qaz anbarlarının doldurulma səviyyəsindən məmnunluğunu ifadə edib. O, həmçinin Azərbaycandan əlavə həcmlərin tədarükünün də razılaşdırıldığını diqqətə çatdırıb”, - məlumatda bildirilib.
“Noyabrda “Banatski dvor” yeraltı qaz anbarında 750 milyon kubmetr, Macarıstanın qaz anbarında isə 163 milyon kubmetr qaz olacaq. Biz, həmçinin tələbata uyğun olaraq Azərbaycandan alacağımız əlavə həcmlər barədə də razılığa gəlmişik və yaxın vaxtlarda sazişi rəsmiləşdirəcəyik”, - D.Cedoviç qeyd edib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Bakıda serbiyalı həmkarı Marko Curiçlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Azərbaycan Serbiyaya tədarük olunan qazın həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Srbijaqas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilə 2024-2026-cı illərdə bu ölkəyə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükünü nəzərdə tutur və 2027-ci ildən etibarən bu həcm artırıla bilər. (Report)