Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) növbəti kadr dəyişikliyi baş verib.
Eləcə də bax: Dövlət Agentliyində kadr islahatı həyata - KEÇİRİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova vəzifəsindən ayrılıb.
Onun 2022-ci ilin ilk günlərindən işdən çıxdığı deyilir.
EMTA-dan fakt təsdiq edilib. Bildirilib ki, G.Əhmədova ilə bağlanan müqavilənin vaxtı bitib və müqavilə uzadılmayıb. Həmçinin qurumda aparılan struktur islahatları nəticəsində həmin vəzifə ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” (EMTA) yaradılıb.
Qurumun yaradılmasında əsas məqsəd Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsi, müəssisələrin fəaliyyətinin təhlili, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsi, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanması, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilinin həyata keçirilməsidir.