Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) yeni təyinat olub.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Ağa Hacızadə Enerji Məsələlərini Tənzimləmə Agentliyində Beynəlxalq əlaqələr departamentinin müdiri vəzifəsinə təyin edilib.
O, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyində 2019-cu ildən baş auditor kimi çalışır.
Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə yaradılıb.