Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni təyinat olub.
Azərbaycanda tanınmış şirkətin rəhbərliyində – YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Riad Qasımov Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi təyin edilib. O, 2023-cü ilin yanvarından bu idarənin rəisi vəzifəsini müvəqqəti icraedicisi idi. Həmçinin adıçəkilən Dövlət Komitəsinin sədr müşaviridir.
Bununla belə, qeyd edilən tarixədək R.Qasımov Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Hüquq departamentinin rəhbəri, İqtisadi İnkişaf Nazirliyinin Hüquq departamentinin rəhbəri, Azərbaycan İnvestisiya Şirkətinin sədr müavini, Küveyt-Azərbaycan İnvestisiya Şirkətinin baş meneceri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri kimi çalışıb.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 1969-cu ildən fəaliyyət göstərir.
Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərin baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəylərin verilməsi, şəhərsalma kadastrının aparılması və habelə İdarənin əsasnaməsinə əsasən nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət istiqamətləri olan icra hakimiyyəti orqanıdır.